Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Sudjanski rayonunda Nikolayevo-Daryino, Daryino və Sverdlikovo yaşayış məntəqələrini nəzarətə götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ukr.net” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Kursk vilayəti ilə sərhəddə iki minə qədər ukraynalı hərbçi cəmləyib.
Rusiya hesab edir ki, Ukrayna Silahlı Qüvvələri Kurçatov şəhəri və atom elektrik stansiyasında da nəzarəti ələ keçirmək istəyir. Bu barədə Rusiyanın “Telegram” kanalları da məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi hələlik Ukrayna qüvvələrinin bölgədə irəliləyişini rəsmən açıqlamayıb.
Lakin Rusiyanın “Telegram” kanalları Kursk vilayətinin Sudjanski rayonunda çətin vəziyyətin qalmaqda davam etdiyini bildirib.
“Z-publics”in məlumatına görə, Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənməyə nail olub.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Sudjanskinin qərb ətrafına - Qonçarovkaya doğru irəliləyə bilib. Hazırda kənddə döyüşlər davam edir.
Məlumata görə, ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Kursk vilayətinin ərazisində Ukrayna birləşmələrinin 400-ə qədər üzvü var. Həmçinin, Yunakovkada da Ukrayna qoşunlarının böyük cəmləşməsi qeydə alınır. Onlar Basovkadan keçərək Sverdlikovoya və Qonçarovkaya irəliləyirlər.