Kubalı güləşçi ardıcıl 5-ci Olimpiya qızılını qazandı


Yunan-Roma güləşi üzrə 130 kq çəki dərəcəsində kubalı Mixain Lopes Nunes qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, yarışların finalında Nunes çilili Yasmani Akosta Fernandesi 6:0 hesabı ilə məğlub edərək Olimpiya çempionu olub.
İki həftədən sonra 42 yaşı tamam olacaq kubalı idmançı ardıcıl 5 olimpiadada qızıl medal qazanan ilk güləşçi kimi tarixə düşüb.
Döyüş başa çatdıqdan sonra o, güləş ayaqqabılarını döşəyin mərkəzində qoyaraq peşəkar karyerasını başa vurub.
O bundan əvvəl Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarında da öz çəki dərəcəsində Olimpiya çempionu tituluna yiyələnib.
Lopes həmçinin beş Dünya Çempionatının (2005, 2007, 2009, 2010, 2014) və üç Dünya Kubokunun (2005, 2006, 2009) qalibidir.

DİGƏR XƏBƏRLƏR

Top