Niger Ukrayna ilə diplomatik əlaqələri kəsdi


Niger hökuməti Ukrayna ilə diplomatik münasibətləri kəsdiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” respublikanın rəsmi nümayəndəsi Amadu Abdramanın bəyanatına istinadla məlumat yayıb.
Keçən il çevrilişdən sonra Nigerdə ​​hakimiyyətə gələn Vətənin Müdafiəsi üzrə Milli Şura Kiyevi terror təşkilatlarını dəstəkləməkdə ittiham edir.
Qeyd edək ki, bu yaxınlarda Mali rəhbərliyi də Kiyevin Afrika ölkəsindəki terrorçulara dəstək verdiyini iddia edərək Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. Ukrayna Xarici İşlər Nazirliyi isə bu addımı tələsik və uzaqgörən olmayan addım adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top