Parisdə 40-dan çox idmançı koronavirusa yoluxub – ÜST


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Mariya fon Kerkov Paris Olimpiadasında 40-dan çox idmançının koronavirusa yoluxduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, son aylarda bir çox ölkələrdə COVID-19-a yoluxma hallarında artım müşahidə olunub.
“O cümlədən, Olimpiya Oyunlarında da ən azı 40 idmançının verdiyi COVID-19 testi müsbət çıxıb”, - fon Kerkov bildirib.
O, həmçinin qeyd edib ki, hökumətlər təkcə risk altında olan qruplar deyil, bütün əhali arasında COVID-19 peyvəndi kampaniyalarını gücləndirməlidirlər. Eyni zamanda, 60 yaşdan aşağı insanlar da ən azı ildə bir dəfə peyvənd olunmalıdırlar.
Qeyd edək ki, iyulun 26-da başlayan Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq. Paralimpiya oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top