Ermənistanda deputat mandatından imtina etmək istəyir


Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Qurgen Arsenyan mandatından imtina etmək üçün parlament sədrinə ərizə təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Arsenyanın Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı gözlənilir. O, bu vəzifədə Vaqarşak Arutyunyanı əvəzləyəcək. Hakim fraksiya üzvünün təyinatı ilə bağlı rəsmi sərəncam sentyabrda dərc oluna bilər.
Qeyd edək ki, Ermənistanda “Diplomatik xidmət haqqında” qanuna əsasən, səfir ölkənin baş nazirinin təklifi ilə prezident tərəfindən təyin edilir və geri çağırılır.

DİGƏR XƏBƏRLƏR

Top