İsrail ordusu “Hizbullah”ın daha bir komandirini zərərsizləşdirdi


İsrail ordusu Livanın cənubundakı “Hizbullah” təşkilatının elit “Radvan” xüsusi təyinatlı qüvvələrinin komandiri Əli Camaləddin Cavadı hava zərbəsi ilə zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Hərbi Hava Qüvvələrinin əməliyyatı Ebba ərazisində həyata keçirilib.
Mətbuat xidməti qeyd edib ki, Cavadın zərərsizləşdirilməsi “Hizbullah”ın Livanın cənubunda İsrailin şimalına qarşı terror fəaliyyəti həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
Ordunun mətbuat xidməti həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Kfarkela ərazisində “Hizbullah”ın hərbi strukturuna zərbə endirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top