“İran Macarıstan vasitəsilə İsrailə xəbərdarlıq edib” – JP


“İran İsrailə hücum etmək qərarına gəlib və bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto vasitəsilə mesaj göndərib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, Siyarto yəhudi dövlətinin Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katsa zəng edib və ona bu məlumatı İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə söhbəti zamanı aldığını izah edib.
“İran bizə İsrailə hücum etmək niyyətində olduğunu deyib. Dünya İrandan istənilən aqressiv hərəkətə görə qiymət tələb etməlidir”, - nazir deyib.
 

DİGƏR XƏBƏRLƏR

Top