Şəriəti qızıl medal uğrunda mübarizəni dayandırdı – Yenilənib


Yunan-Roma güləşçimiz Sabah Şəriəti Olimpiya Oyunlarında qızıl medal uğrunda mübarizəni dayandırıb. 
Yeniavaz.com xəbər verir ki, yarımfinalda kubalı Mixain Lopes Nunyeslə görüşən idmançımız 1:4 hesabı ilə məğlub olub.
Güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq. 

***20:36
Yunan-Roma güləşçimiz Sabah Şəriəti Olimpiya Oyunlarında yarımfinala yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, o, 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.
130 kq çəki dərəcəsində çıxış edən idmançı 4:0 hesabı ilə qalib gəlib.
23:00-da başlayacaq görüşdə təmsilçimiz kubalı Mixain Lopes Nunyeslə görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top