Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 937 min 226 ədəd süni diş gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan süni dişin 1 ədədinin orta gömrük dəyəri 13 sent (23 qəpik) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 1 milyon 805 min 481 ədəd süni diş gətirilib və süni dişin 1 ədədinin orta gömrük dəyəri 11 sent (18 qəpik) olub.
Məlumat üçün qeyd edək ki, süni dişlər Azərbaycana aşağıdakı ölkələrdən gətirilib:
İtaliya – 1 030 505 ədəd (1 ədədinin orta gömrük dəyəri 7 sent/12 qəpik)
Türkiyə – 599 900 ədəd (13 sent/23 qəpik)
Çin – 228 368 ədəd (18 sent/31 qəpik)
Rusiya – 40 918 ədəd (29 sent/49 qəpik)
Polşa – 24 192 ədəd (37 sent/63 qəpik)
Macarıstan – 5 292 ədəd (49 sent/83 qəpik)
Avstriya – 4 410 ədəd (1,4 dollar/2,4 manat)
Filippin – 1 925 ədəd (3,9 dollar/6,6 manat)
Hindistan – 1 302 ədəd (9,4 dollar/16 manat)
Almaniya – 414 ədəd (36 dollar/60 manat)
Elnur Əli