Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Tehrana uçuşları avqustun 8-dək dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada deyilir.
“Yenilənmiş təhlükəsizlik təhlilinə əsasən, “Lufthansa” yenidən Yaxın Şərqə uçuşlarına düzəlişlər edir. Avqustun 8-i daxil olmaqla, Tehrana bütün uçuşlar ləğv edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, daha öncə “Lufthansa” Tel-Əvivə uçuşları avqustun 8-dək, Beyruta isə 12-dək ləğv edib.