Türkiyədə təhsil qiymətləri 2 dəfədən çox artıb – Rəsmi


Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,78% bahalanıb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, ən yüksək bahalanma təhsil sektorunda qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyul ayında Türkiyədə təhsil sektorunda qiymətlər 2 dəfədən çox (104,5%) artıb.
Bundan başqa, mənzillərin qiyməti 98,5%, restoran və otel qiymətləri 76%, səhiyyə xidmətləri 63%, qida və içkilər 59%, ev əşyaları 56,6%, bahalanıb.
Ən az artım geyim və ayaqqabıların qiymətlərində qeydə alınıb. Geyim və ayaqqabıların qiyməti son bir ildə 39,6% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 4-liyündə yer alır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top