Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Kobalt-2024” təlimləri keçiriləcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər avqustun 14-dən 16-dək Novosibirskdə baş tutacaq. Təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan iştirak edəcək.
Ermənistan isə növbəti dəfə KTMT-nin kollektiv qüvvələrinin hərbi təlimlərini buraxacaq.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Daha sonra parlamentdə çıxışı zamanı o, növbəti məntiqli addımın Ermənistanın bu blokdan çıxması olacağını qeyd edib.
Xatırladaq ki, Ermənistan bir ilə yaxındır ki, təşkilatın heç bir fəaliyyətində və təlimlərində iştirak etmir.