
Banqladeş Baş naziri Şeyx Hasina istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Nyu Dehlidəki səfirliyinə istinadla məlumat yayıb.
Digər tərəfdən, “Agence France-Presse” (AFP) agentliyi Şeyx Hasinaya yaxın mənbəyə istinadla onun və bacısının daha təhlükəsiz yerə sığınmaq üçün Dəkkədəki iqamətgahını tərk etdiyini bildirib.
Hökumət başçısının hara getdiyi və harada olduğu qeyd edilməyib.
“Prothom Alo Daily” qəzeti Banqladeş Baş nazirinin hərbi helikopterlə Hindistana uçduğunu bildirib.
“News18” telekanalının məlumatına görə isə Hasina Finlandiyaya uçub.
Tətbiqimizi yükləyə bilərsiniz