Mali Ukrayna ilə diplomatik əlaqələri kəsdi


Mali hakimiyyəti Kiyevin Afrika ölkəsindəki silahlı terrorçuların hərəkətlərini dəstəklədiyini əsas gətirərək Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “aBamako” informasiya portalında dərc olunan Mali hökumətinin bəyanatında deyilir.
Sənəddə, həmçinin qeyd olunur ki, Mali hakimiyyəti Ukraynanın Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun silahlı terror qruplarının iyulun sonunda Tinzauaten ərazisində (Malinin şimal-şərq hissəsi) Mali Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hərbçilərinə hücumunda Ukraynanın iştirakı ilə bağlı sözlərini böyük təəccüblə qarşılayıb.
Mali hökuməti həmçinin Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarovun sonuncu açıqlamalarına diqqəti cəlb edib.
“Ukrayna hakimiyyəti tərəfindən təkzib edilməyən və ya pislənməyən bu çox ciddi iddialar Ukrayna hökumətinin Afrikada, Saheldə və xüsusilə Malidə terrora açıq rəsmi dəstəyini göstərir. Vəziyyəti hərtərəfli nəzərdən keçirdikdən sonra Mali Keçid Hökuməti Ukrayna hakimiyyətinin hərəkətlərinin Malinin suverenliyini pozduğunu, təcavüz və beynəlxalq terrorizmə dəstək olduğunu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini kobud şəkildə pozduğunu vurğulayır”, - bəyanatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top