Rusiyanın neft ixracı son 19 ayın ən aşağı səviyyəsinə düşüb – “Bloomberg”


İyulda dəniz yolu ilə qlobal neft daşınması Rusiyanın əsas limanlarından ixracın əhəmiyyətli dərəcədə azalması səbəbindən azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” tankerlərin müşahidəsi ilə bağlı məlumatlara istinadən məlumat yayıb.
Nəşr yazır ki, ötən ay dünya neft tədarükü gündəlik təxminən 586 min barel azalıb.
“Rusiyanın qərb limanlarından ixrac gündəlik 1,8 milyon barellə 19 ayın minimum səviyyəsinə düşüb. Bu, iyun ayındakı gündəlik 2,2 milyon barel göstəricidən xeyli aşağıdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, təchizatda azalma təkcə Rusiyada deyil, Braziliya, Venesuela və Qətərdə də müşahidə olunub. Amma Səudiyyə Ərəbistanından (gündə 5,8 milyon barelə qədər) və ABŞ-dən (4,4 milyon barelə qədər) artan ixrac bu azalmanı qismən kompensasiya edib.

DİGƏR XƏBƏRLƏR

Top