
Azərbaycanlı jurnalist Əfqan Sadıqov Tbilisidə saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, onun həyat yoldaşı Sevinc Sadıqova Gürcüstan polisinin Əfqan Sadıqovu saxlaması anının kadrlarıını sosial şəbəkədə yayıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqov barəsində cinayət işi başlatdığını yazıb.
“Jurnalist hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. Beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir”, - Rüfət Səfərov bildirib.

Əfqan Sadıqov
S. Sadıqova Tiflis məhkəməsinin bu gün – avqustun 4-də Əfqan Sadıqov barəsində həbs qətimkan tədbiri seçdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz