Ostin 11 sentyabr hücumunda təqsirləndirilənlərlə razılaşmadan imtina etdi


“Pentaqonun rəhbəri Lloyd Ostin avqustun 2-də ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilən terror aktında ittiham olunan və Quantanamo bazasındakı Amerika hərbi həbsxanasında saxlanılan beş müttəhimdən üçü ilə əvvəllər əldə edilmiş məhkəməyə qədərki razılaşmanı ləğv edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Lloyd Ostin Pentaqonda Quantanamo hərbi məhkəməsinə nəzarət edən briqada generalı Susan Escalieri bu cür müqavilələr bağlamaq səlahiyyətindən məhrum edib və bu məsuliyyəti öz üzərinə götürüb.
İyulun 31-də Susan Escalier hücumda üç müttəhimlə müqavilə imzalayıb. “The New York Times” qəzetinin məlumatına görə, müqaviləyə görə, ölüm cəzası əvəzinə ömürlük həbs cəzası müqabilində onlar günahı etiraf edəcəklər. Müqavilələri Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Havsəvi imzalayıb.
Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatda azlıqların lideri Mitç Makkonnel də daxil olmaqla bir çox respublikaçı qanunverici sövdələşmələri kəskin tənqid edib.

DİGƏR XƏBƏRLƏR

Top