Donald Tramp “Fox News” ilə debat barədə razılaşıb


“ABŞ-nin vitse-prezidenti Kamala Harris ilə debat haqqında “Fox News” kanalı ilə razılaşdım”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Trampın sözlərinə görə, debat sentyabrın 4-də baş tuta bilər.
Tramp qeyd edib ki, o, əvvəllər ABC-də “Yuxulu Co” ilə debat planlaşdırmışdı, lakin ABŞ-nin hazırkı prezidentinin yarışdan çıxması və Trampın kanal və onun jurnalisti Corc Stefanopulosu məhkəməyə verdiyi üçün ləğv edilməli olub.
““Fox News” debatı Pensilvaniyada müəyyən ediləcək yerdə keçiriləcək. Müzakirəyə Bret Bayer və Marta Makkallum moderatorluq edəcək”, - Tramp yazıb.
O, debatın tamaşaçıların iştirakı ilə keçirilməli olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top