Harris namizədlik üçün lazımi sayda səs topladı


ABŞ-nin vitse-prezidenti Kamala Harris ölkənin ən yüksək vəzifəsinə rəsmi namizəd olmaq üçün onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında deyib.
“Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətini qazanıb və bazar ertəsi səsvermə başa çatanda Demokratların namizədi olacaq”, - Harrison deyib.

DİGƏR XƏBƏRLƏR

Top