
Türkiyə və Ukraynanın müdafiə nazirləri Yaşar Gülər və Rüstəm Umerov arasında görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, nazirlər arasında görüş Ankarada baş tutub. Görüşün təfərrüatları açıqlanmayıb.
Digər tərəfdən, avqustun 1-də Umerovun Türkiyəyə səfəri çərçivəsində Ukrayna Hərbi Dəniz Qüvvələri üçün ikinci “Getman İvan Vıqovski” gəmisinin suya buraxılması mərasimi keçirilib.
Qeyd edək ki, ukraynalı nazir bundan əvvəl may və iyun aylarında Türkiyəyə səfər edib. Bütün bu görüşlər mətbuata qapalı şəkildə keçirilib.