
“Wall Street Journal” qəzetinin amerikalı müxbiri Evan Qerşkoviç əfv üçün Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı rəsmi müraciətində Rusiya liderinə müsahibə təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.
“Jurnalın Rusiya müxbiri müraciətini 16 ay həbsdə olduğu müddət ərzində mükəmməlləşdirdiyi rəsmi rus dilində qələmə alıb. Sonuncu sətirdə isə o öz təklifini irəli sürüb: Azadlığa çıxandan sonra Putin müsahibə verməyə razı olacaqmı?”
Məlumata görə, Qerşkoviçə həbsdə olarkən yazdığı məktubları və üzərində işlədiyi kitab üçün materialları da aparmağa icazə verilib.
Qeyd edək ki, Rusiya ilə böyük məhbus mübadiləsindən sonra ABŞ vətəndaşlarını daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib. Təyyyarədə olan Evan Qerşkoviç, Pol Uilan və Alsu Kurmaşevi aerodromda qohumları, həmkarları, həmçinin ABŞ Prezidenti Co Bayden qarşılayıb.
Tətbiqimizi yükləyə bilərsiniz