
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin “İslami Cihad” hərəkatının liderlərindən biri Məhəmməd əl-Cəbarini zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət “İslami Cihad” rəhbərinin silah istehsalı üzrə müavinindən gedir.
“Əl-Cəbari Qəzza zolağının şimalında “İslami Cihad”ın silah istehsalı infrastrukturunun maliyyələşdirilməsinə, maaşların və vəsaitlərin bölüşdürülməsinə cavabdeh idi və “İslami Cihad”ın raket istehsal gücü və infrastrukturunun bərpası səylərində iştirak edirdi”, - ordunun məlumatında bildirilib.
“Əl-Cəbari alınan kəşfiyyat məlumatları əsasında həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində zərərsizləşdirilib. Zərbədən əvvəl mülki insanlara zərər vurma riskini azaltmaq üçün çoxsaylı tədbirlər görülüb”, - deyə məlumatda qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz