
Çüdoçumuz Uşanqi Kokauri Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Yeniavaz.com xəbər verir ki, idmançı təsəlliverici qarşılaşmada kubalı Endi Qrandaya məğlub olub.
Bununla da təmsilçimiz və Azərbaycanın cüdo yığması Paris-2024-dəki çıxışını başa vurub.
***14:38
Uşanqi Kokauri 1/4 finalda Cənubi koreyalı Min Yon Kimə uduzub.
Yeniavaz.com xəbər verir ki, cüdoçumuz bürünc medal uğrunda təsəlliverici qarşılaşmalarda iştirak hüququ qazanıb.
***13:33
Uşanqi Kokauri 1/8 finalda finlandiyalı Martti Pumalaynen ilə üz-üzə gəlib.
Yeniavaz.com xəbər verir ki, Rəqibini ipponla məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib.
***12:40
Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb və qəqibini ipponla məğlub edib.
Cüdoçumuz 1/8 finala yüksəlib.