
Ermənistan hərbi islahatlar çərçivəsində ABŞ və digər beynəlxalq tərəfdaşlardan məsləhətlər alır.
Yeniavaz.com “Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi (MN) ABŞ Dövlət Departamentinin Vaşinqtonun öz ordusunun nümayəndəsini yerli hərbi idarədə işləmək üçün İrəvana göndərməsi barədə bəyanatını şərh edərkən bildirib.
“Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların bir hissəsi kimi Ermənistan Müdafiə Nazirliyi ABŞ və digər beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli olmaqla məsləhət dəstəyi alıb və alır”, - deyə Ermənistan Müdafiə Nazirliyi qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz