DYP də avtobus qəzası barədə məlumat yaydı – Yenilənib


DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.
Yenivaz.com
xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
“Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.

***12:48
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.
“Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.

***12:08
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, 29 saylı marşrut avtobusu Sumqayıt istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub
Qeyd olunur ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb və nəticədə azı 10 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top