
Türkiyədə İnstaqrama giriş bloklanıb.
Yeniavaz.com “Yeni Şafak”a istinadla xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) müvafiq qərar qəbul edib.
Qadağanın hansı səbəbdən edildiyi və bunun nə qədər davam edəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, iyulun 31-də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun “X” sosial media platformasında HƏMAS lideri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı vermiş və İnstaqramı belə mesajlara tətbiq etdiyi senzuraya görə qınamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz