
Rusiya Prezidenti Vladimir Putin məhkum edilmiş rusların və əsir mübadiləsində iştirak edən xarici vətəndaşların əfv edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin saytında məlumat paylaşılıb.
“Vladimir Putin Uilan Pol Nikolasın, Lik Kevin Viktoroviçin, Qerşkoviç Evanın, Voronin Demuri İliçin, Kara-Murza Vladimir Viktoroviçin, Kurmaşeva Alsu Xamidovnanın, Çanışeva Liliya Ayratovnanın, Ostanin Vadim Valerieviçin, Fadeyeva Kseniya Vladislavovnanın, Skoçilenko Alexandra Yurievnanın, Yaşin İlya Valerieviçin, Pivovarov Andrey Sergeeviçin və Orlov Oleq Petroviçin əfv edilməsi haqqında fərman imzalayıb”, - məlumatda deyilir.
Qeyd edilir ki, fərmanların imzalanması qərarı xarici dövlətlərin ərazisində saxlanılan və həbsdə olan Rusiya Federasiyası vətəndaşlarının geri qaytarılması məqsədi ilə qəbul edilib.
Tətbiqimizi yükləyə bilərsiniz