Mahir Emreli “Dinamo”dan ayrıldı


Mahir Emreli “Dinamo” ilə əməkdaşlığa son qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xorvatiya klubu olan “Dinamo” (Zaqreb) məlumat yayıb.
Bildirilir ki, azərbaycanlı hücumçu karyerasını yeni mühitdə davam etdirəcək.
Qeyd edilir ki, Emreli “Dinamo”da cəmi 47 oyun keçirib, 6 məhsuldar ötürmə və 10 qol ilə yadda qalıb. Onun maksimal fəaliyyəti dövründə komanda üç liqa titulunu, Kubok Qalibləri Kubokunu və iki Super Kuboku qazanıb.
“Hörmətli Mahir, hər şey üçün təşəkkür edir, futbol və həyat yolununun davamında uğurlar arzu edirik”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top