
“Telegram” tərtibatçıları bütün cari platformalar üçün messencerin irimiqyaslı yenilənməsini təqdim ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə teleqram bloqunda məlumat verilib.
İndi messencerdəki axtarışda “Proqramlar” bölməsində istifadə edilmiş və yeni mini proqramları tapmaq mümkün olacaq. Bundan əlavə, belə proqramların tərtibatçıları istifadəçilərin xidmətlə tanış olması üçün demo videolar və şəkillər yükləyə biləcək.
Həmçinin mini proqramların istifadəçiləri teleqramda “hekayələr” şəklində dərc üçün məzmun yarada biləcəklər.
Digər funksiyalarla yanaşı, digər istifadəçilərə daxili valyuta “Stars” (“ulduzlar”) vermək, flaşla video mesajlar yazmaq, həmçinin “hekayələr”də animasiya edilmiş hava vidcetini göstərmək və dərc edilmiş videonun üz qabığı kimi çərçivə seçmək mümkündür.