Hidayət Heydərov Azərbaycan idmançılarının reytinq cədvəlində zirvədədir


Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin avqust ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, iyul ayında ikinci pillədə qərarlaşan çüdoçu Hidayət Heydərov 600 xalla birinci pilləyə yüksəlib.
Qeyd edək ki, o, hazırda davam edən Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibidir.
Siyahıda bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür.
Sözügedən siyahını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top