Gürcüstanda xaricdən maliyyələşən təşkilatların qeydiyyatı üçün reyestr açıldı


Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin qeydiyyatı üçün xüsusi reyestr fəaliyyətə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin bildirib ki, nazirlik təşkilatların qeydiyyatı üçün texniki baza yaradıb və onlar avqustun 1-dən ərizə verə bilərlər.
Qanuna görə, 2025-ci il yanvarın 1-dək maliyyəsinin 20%-dən çoxu xaricdən gələn QHT və KİV-lər 2023-cü il üçün gəlir bəyannamələrini təqdim etməlidirlər. Yanvarın 1-dən sonra onlardan 2024-cü il üçün maliyyələşmənin mənbəyi və məqsədi ilə bağlı məlumatları dərc etmələri tələb olunacaq.
Qeyd edək ki, may ayında Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu, Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olub. ABŞ dövlət katibi Entoni Blinken ABŞ administrasiyasının respublika hökumətinin antidemokratik hərəkətləri ilə əlaqədar Gürcüstana 95 milyon dollardan çox məbləğdə yardımı dayandırmaq qərarını açıqlayıb.
Xatırladaq ki, qanunun əhatə etdiyi təşkilatlar hər ilin yanvar ayında Gürcüstan Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etməli olacaqlar. Bu öhdəliyi yerinə yetirməyənlər 25 min lari (9,1 min dollardan çox) məbləğində cərimələnəcəklər. Cərimədən sonra bəyannamə təqdim etməyənlər gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) ödəyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top