
Rusiyada casusluqda təqsirli bilinən və 16 il müddətinə ciddi rejimli həbsxanada cəza çəkmək şərti ilə azadlıqdan məhrum edilən “Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviç cümə axşamı məhbus mübadiləsi çərçivəsində ABŞ-yə qayıdacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu məlumatı kanala Evan Qerşkoviçin işlədiyi “The Wall Street Journal” qəzeti verib. Əlavə təfərrüatlar açıqlanmayıb və qeyd edilib ki, kanal mümkün mübadilə haqqında daha çox məlumat əldə etmək üçün səy göstərir.
Rusiyanın Vaşinqtondakı səfirliyi məhbusların mübadiləsinin mümkünlüyü ilə bağlı hər hansı şərh verməkdən imtina edib.