“Ukrayna Rusiya ilə sülh danışıqlarına hazırdır” – Podolyak


“Ukrayna Rusiya ilə beynəlxalq hüquq çərçivəsində danışıqlara hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Danışıqlar, şübhəsiz ki, lazımdır, lakin Ukrayna açıq şəkildə deyir: gəlin, beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqları bir konsepsiya kimi təqdim edək və bu konsepsiya əsas şey dövlətin ərazi bütövlüyü və suverenliyidir”, – Podolyak deyib.
Eyni zamanda, Podolyak ötən həftə Rusiya ilə razılaşmanın Ukrayna münaqişəsinin sona çatmasına gətirib çıxarmayacağını, ancaq onu donduracağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top