
“Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqram kanalında məlumat verib.
“Sədrliyimiz İranın tələbi ilə Çin, Əlcəzair və Rusiyanın dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib. İclas Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin qətlə yetirilməsi ilə bağlı olacaq. 31 iyul Nyu-York vaxtı ilə saat 16:00-a (Bakı vaxtı ilə avqustun 1-i saat 00:00) təyin edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Rusiya Federasiyası iyul ayında Təhlükəsizlik Şurasının sədri kimi fəaliyyət göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz