
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”a məlumatlı mənbədən bildirilib.
Qeyd edək ki, hazırda nazirliyin rəsmi saytındakı “Rəhbərlik” bölməsində də Əlahiddə Ümumqoşun Ordusunun komandanı nazir müavinlərinin siyahısında yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
Bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu.
Bu gün, həmçinin Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz