Ermənistan əhalisinin üçdə ikisi real yoxsulluq həddində yaşayır. "RİA Novosti" xəbər verir ki, bunu etnoqraf Qranuş Xaratyan deyib. Onun sözlərinə görə, Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar: "Ona görə də statistika xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman, belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!". Q.Xaratyan əlavə edib ki, Ermənistanda orta təbəqənin nümayəndələrini müəyyən etmək də çətindir.
Report