Kiyev hər ay 30 min nəfəri hərbi xidmətə çağırır – NYT


Ukrayna hakimiyyəti səfərbərliyi gücləndirən qanunun qəbulundan sonra may ayından etibarən hər ay təxminən 30 min nəfəri hərbi xidmətə çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti hərbi ekspertlərə istinadla məlumat yayıb.
Məlumata görə, bu rəqəm son qış aylarında elan edilən rəqəmlərdən iki-üç dəfə çoxdur.
Nəşr yazır ki, yaxın həftələrdə cəbhəyə çoxlu sayda yeni çağırışçı cəlb ediləcək. Bununla belə qəzet onların zəif təlim keçdiyini və ya formada olmadığını bildirir.
Qeyd edək ki, 2022-ci ilin fevralından Ukraynada ümumi səfərbərlik elan edilib və dəfələrlə uzadılıb. Eyni zamanda mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun qüvvəyə minib. Bu qanun daha yüz minlərlə ukraynalının orduya çağırılmasına imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top