Əli Əsədov Pezeşkianla görüşdü, onu COP29-a dəvət etdi


Baş nazir Əli Əsədov Tehrana işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.
Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top