“Haniyənin qanı hədər getməyəcək” – İran XİN


İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“İsmayıl Haniyənin Tehranda öldürülməsi İran İslam Respublikası ilə Fələstin və müqavimət qüvvələri arasında dərin və ayrılmaz əlaqələri daha da gücləndirəcək”, - bəyanatda bildirilib.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani İslam Respublikasının müvafiq qurumlarının insidentlə bağlı araşdırmaları davam etdirdiyini qeyd edib.
“İsmayıl Haniyənin qanı heç vaxt hədər getməyəcək”, - deyə Kənani bildirib.
Qeyd edək ki, çərşənbə günü səhər İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsmayıl Haniyənin ölümünü elan edib. HƏMAS Haniyənin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürüldüyünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top