Qəzzada hepatitə yoluxanların sayı 40 minə çatdı


“Qəzza zolağında hepatit A-ya yoluxma hallarının sayı demək olar ki, 40 minə çatıb, halbuki Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən əvvəl cəmi 85 nəfər qeydə alınıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Bildirilir ki, hər həftə anklavda 800-dən 1 minə qədər yeni xəstə qeydə alınır:
“Xüsusilə, hepatit A UNRWA tərəfindən Qəzza mülki vətəndaşları üçün idarə olunan sığınacaqlarda yayılmağa davam edir. Hepatitin yayılmasına səbəb sığınacaqlarda yer çatışmazlığı, təmiz su və gigiyena vasitələrinin çatışmazlığı olub. Ailələr evlərini tərk etməyə və həddən artıq izdihamlı düşərgələrdə və sığınacaqlarda qeyri-insani şəraitdə yaşamaq məcburiyyətində qalırlar. Onlarda təmiz su, gigiyena təchizatı yoxdur və tullantılar lazımi qaydada utilizasiya olunmur. Bu böhran UNRWA-nın xəstələrə kömək etmək üçün sağlamlıq proqramının işinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top