Kim Çen Inın yerinə qızının keçəcəyi bildirilir


Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju E onun varisi olmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, KXDR hakimiyyəti Kim Çen Inın qızı ilə xarici dünya arasında əlaqə tezliyini, eləcə də, onun qeyri-ictimai fəaliyyətini tənzimləyir.
2022-ci ilin noyabr ayından etibarən Kim Çju E atası ilə müntəzəm olaraq ictimai və xüsusi tədbirlərdə iştirak etməyə başlayıb.
Kəşfiyyat hesabatının müəllifləri həmçinin Kim Çen Inın səhhətində ciddi problemlər olduğunu bildiriblər.
“Təxminən 30 yaşı olanda onda (Kim Çen Inda) yüksək qan təzyiqi və şəkərli diabet əlamətləri təzahür etməyə başlayıb. Əgər hazırkı sağlamlıq vəziyyəti yaxşılaşmasa, onda ürək-damar xəstəliyi meydana gələ bilər”, - agentlik bildirib.

DİGƏR XƏBƏRLƏR

Top