Venesuelada Uqo Çavesin heykəlləri dağıdılır – Video


Xəbər verdiyimiz kimi, Nikolas Maduro prezident seçkilərində qələbə qazandığını bəyan edən gündən Venesuelada kütləvi etiraz aksiyaları keçirilir.
Yeniavaz.com
xəbər verir ki, ölkənin bir çox şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib.
Xeyli sayda yaralıların, hətta ölənlərin olduğu bildirilir.
Etirazçılar bir çox şəhərdə keçmiş prezident Uqo Çavesə məxsus heykəlləri dağıdıblar.

Müxalifət Maduronun seçkiləri saxtalaşdırdığını, Edmundo Qonzalesin 73,2% səslə inamlı qələbə qazandığını bildirir.
Qeyd edək ki, Milli Seçki Şurasının protokolların 80%-i hazırlandıqdan sonra dərc edilən bülletenə əsasən, Maduronu 5 milyon 150 min 92 seçici (səs verənlərin 51,2 faizi) dəstəkləyib. Onun əsas rəqibi, ifrat sağçı partiyanın namizədi Edmundo Qonzales isə 4 milyon 445 min 978 səs (44,2%) toplayıb. Müxalifət liderlərindən Korina Maçado səsvermənin nəticələrini tanımayıb və Qonzalesi qalib elan edib.

DİGƏR XƏBƏRLƏR

Top