
ABŞ-nin keçmiş prezidenti Donald Tramp vitse-prezident Kamala Harrislə seçki debatlarına hazır olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə iyulun 29-da “Fox News”a verdiyi müsahibədə bildirib.
“Yəqin ki, debat olacaq. Ona görə də, cavab müsbətdir”, - Tramp deyib.
Tramp həmçinin Harrisi “radikal solçu dəli” adlandırıb.
“O, ölkəmizi məhv edəcək”, - deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, iyulun 24-də “Fox News” telekanalı sentyabrda Tramp və Harris arasında debat təşkil etmək istədiyini bildirib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı dövlət başçısı Co Baydenin təmsil edəcəyi gözlənilirdi. Bununla belə, Trampla iyun debatındakı uğursuz çıxışından sonra Demokratlar arasında Baydenin mübarizədən əl çəkməsi üçün çağırışlar daha da gücləndi. İyulun 21-də o, prezidentlik yarışından imtina etmək qərarına gəldi və Harrisin ən yüksək hökumət postuna namizədliyini dəstəklədi.