
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 30 iyul 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, işlər yekunlaşanadək Mətbuat prospekti, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ələsgər Ələkbərov, İzzət Bağırov və Ayna Sultanova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tətbiqimizi yükləyə bilərsiniz