Hidayət Olimpiya çempionudur – Yenilənib


Cüdoçumuz Hidayət Heydərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, idmançımız finalda fransalı Con Benjamin Qabanı məğlub edərək olimpiadanın qızıl medalını qazanıb.

***19:26
Cüdoçumuz Hidayət Heydərov yarımfinal görüşünə çıxıb.
Yeniavaz.com
xəbər verir ki, idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Heydərov finala vəsiqə qazanıb.
Qızıl medal uğrunda görüşdə Hidayətin rəqibi fransalı Joan-Bencamin Qaba olacaq.

***15:42
Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Yeniavaz.com
xəbər verir ki, idmançımız bu mərhələdə kanadalı Artur Margelidonla üz-üzə gəlib.
O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
H.Heydərovun yarımfinaldakı rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.

***14:16
Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Tohar Bitbulla qarşılaşıb.
İsrailli rəqibinə ipponla qalib gələn H.Heydərov növbəti raunda vəsiqə qazanıb.
Artıq onun 1/4 finaldakı rəqibi də müəyyənləşib. Belə ki, idmançımız bu mərhələdə kanadalı Artur Margelidonla qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top