Tom Kruza orden verildi


Dünyaca məşhur amerikalı aktyor Tom Kruza Fransada “Fəxri Legion” ordeninin cəngavər rütbəsi verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
Bildirilib ki, Kruz “Mümkünsüz missiya. Ölümcül haqq hesab. Hissə 2” filminin çəkilişinə görə bu ordenə layiq görülüb.
Nüfuzlu mükafatı aktyora ölkənin mədəniyyət naziri Raşida Dati təqdim edib.
“2017-ci ildə Parisdə “Mümkünsüz missiya. Ölümcül haqq hesab. Hissə 2” filminin çəkilişləri paytaxtımızı mükəmməl şəkildə nümayiş etdirdi”, - nazir bildirib.
Qeyd edək ki, bu mükafat daha əvvəl Robert Redford, Martin Skorseze, Klint İstvud və başqalarına da verilib.

DİGƏR XƏBƏRLƏR

Top