
Venesuelada prezident seçkiləri keçirilir.
Yeniavaz.com “Venezolana de Televisión” telekanalına istinadla xəbər verir ki, artıq hazırlı Prezident Nikolas Maduro səs verib.
Telekanalın məlumatına görə, Maduro seçki məntəqəsində səs verdikdən sonra qeyd edib ki, seçkidə qalib gələrsə, onun əsas vəzifəsi ölkəni birləşdirmək, iqtisadi, sosial, mədəni və siyasi dialoqu dərinləşdirmək, habelə konsensus yaratmaq olacaq.
Qeyd edək ki, Venesuelada keçirilən prezident seçkilərində sözügedən post uğrunda 10 siyasətçi mübarizə aparır. Hazırkı Prezident Nikolas Maduronun əsas rəqibi Vahid Platforma adı altında birləşən müxalifətin namizədi Edmundo Qonzalesdir.
Keçmiş diplomat olan 75 yaşlı Qonzales Argentina və Əlcəzairdə səfir kimi fəaliyyət göstərib.