Pezeşkiyan onu vitse-prezident təyin etdi


İran Prezidenti Məsud Pezeşkiyan Məhəmməd Rza Arefin birinci vitse-prezident təyin edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Prezident Aparatının rəsmi saytında məlumat dərc olunub.
Bu, İranın ali dini lideri Ayətullah Əli Xameneinin onun prezidentliyini təsdiqləməsi barədə imzaladığı fərmandan sonra Pezeşkiyanın rəsmi olaraq ilk təyinatdır.
Qeyd edək ki, Məhəmməd Rza Aref İran siyasətinin islahatçı qanadına aiddir və islahatçı prezident Məhəmməd Hatəminin dövründə 2001-2005-ci illərdə İranın birinci vitse-prezidenti vəzifəsində çalışıb. Hazırda 72 yaşlı Aref Siyasi Məqsədliliyi Müəyyənetmə Şurasının üzvüdür.

DİGƏR XƏBƏRLƏR

Top