
İranın ali dini lideri Əli Xamenei Məsud Pezeşkiyanın İslam Respublikasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, proses İRİB telekanalı tərəfindən canlı yayımlanıb.
Tehranda keçirilən tədbirdə İran rəhbərliyindən xeyli sayda yüksək vəzifəli şəxslər və ilahiyyatçılar iştirak ediblər. Mərasim Daxili İşlər Nazirliyinin rəhbəri Əhməd Vahidinin prezident seçkilərinin necə keçdiyi barədə məruzəsi ilə başlayıb. Fərmanın mətnini Xameneinin ofisinin rəhbəri Məhəmməd Qolpayeqani oxuyub.
Yeni prezident xalqa minnətdarlıq sözləri ilə çıxış edib, onları birliyə çağırıb.