Bu gün üç idmançımız Olimpiya Oyunlarında mübarizə aparacaq


Azərbaycanın üç idmançısı bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.
Kişilərin yarışında Yaşar Nəcəfov (66 kiloqram) serbiyalı Straxinya Bunçiçlə, qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kiloqram) ABŞ təmsilçisi Anjelika Delqado ilə qarşılaşacaq.
Yarışlar Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.


Boksçumuz Alfonso Dominqes (92 kiloqram) isə Bakı vaxtı ilə saat 18:18-də Tokio Olimpiadasının bürünc mükafatçısı kubalı Xulio Sesar la Krusla üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Top